Dələduz “məmurlar” həbs olundu
26 yanvar 2010 17:00 (UTC +04:00)

Dələduz “məmurlar” həbs olundu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, özünü dövlət hakimiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıblar.


Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Belə ki, Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Abbasov Hacıəli Hacıqulu oğlu və 1963-cü il təvəllüdlü Quliyev Mirzə Yusif oğlu cinayət əlaqəsinə girərək, özlərini özbaşına vəzifəli şəxs kimi təqdim edib qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər, yəni aldatma yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ keçiriblər.


Müəyyən edilib ki, Hacıəli Abbasov özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təhsil məsələləri üzrə əməkdaşı, Mirzə Quliyev isə özünü Bakı şəhərinin rayonlarından birinin icra hakimiyyəti başçısının müavini kimi təqdim edərək, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanlarının nəticələri üzrə keçid balı toplaya bilməyən bir sıra abituriyentləri yalan vədlər verməklə aldadıblar.


Hacıəli Abbasov və Mirzə Quliyev həmin abituriyentləri, guya, Heydər Əliyev Fondunun xətti ilə bəzi ali təhsil ocaqlarına qəbul etdirəcəklərini Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Mətləb Eldar oğlu vasitəsilə valideynlərinə vəd edərək onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.



Bu törətdikləri hüquqazidd əməllərinin növbəti mərhələsində Hacıəli Abbasovun tapşırığı ilə Mirzə Quliyev həmin vətəndaşlardan birinə 10 min AZN müqabilində Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirəcəyini Mətləb Hüseynovun vasitəsilə vəd edib və bu işə razılaşacağı təqdirdə göstərilən pulu ondan hissə-hissə qəbul etməyə razı olduğunu bildirib. Mətləb Hüseynov aldadıldığını başa düşərək, əlavə vaxt əldə etməklə Hacıəli Abbasovu və Mirzə Quliyevi ifşa etmək məqsədilə ona ilkin olaraq 2 min AZN məbləğində pul verməyi vəd edib və bunun üçün möhlət istəyib. Mirzə Quliyev da bu şərtlə və məbləğlə razılaşıb.


Bundan sonra, Mətləb Hüseynov MTN-ə ərizə ilə müraciət edərək göstərilən hallar barədə məlumat verib və Hacıəli Abbasovla Mirzə Quliyevin cinayət başında yaxalanması üçün köməklik göstərməyə hazır olduğunu bildirib. Vətəndaşın ərizəsi əsasında Hacıəli Abbasovla Mirzə Quliyevin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilməklə onların ifşa olunması və yaxalanması üzrə xüsusi əməliyyat planı hazırlanıb.


2010-cu il yanvarın 18-də Mətləb Hüseynov Bakı şəhərində fəaliyyət göstərən çay evlərindən birində Mirzə Quliyevlə görüşərək, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul üçün ona 2 min AZN məbləğində pulu, hərbi xidmətə çağırış məntəqəsinə təhkim olunmaya dair sənədi və TQDK-nın abituriyent ödəmə kartını Mirzə Quliyevə verib. MTN əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Mirzə Quliyev cinayət başında yaxalanıb.


Fakt üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) maddələri ilə cinayət işi başlanmış, Hacıəli Abbasov və Mirzə Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.


Hacəli Abbasovun və Mirzə Quliyevin qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur.
Əlaqə telefonu: 405-99-99

« 26 » yanvar 2010-cu il
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07