Kürdlər azərbaycanlıların mağazalarını daşa basdı
Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən İqdırda kürd əsilli bələdiyyə sədri Məmməd Nuri Günəş və BDP-nin rayon təşkilatının sədri Şebap Çəlik də daxil olmaqla, 8 BDP üzvünün saxlanılmasına etiraz əlaməti olaraq, kürdlərin etiraz aksiyası keçirilib.
Lent.az-ın “Radikal” qəzetinə istinadən verdiyi məlumata görə, BDP-nin İqdır şöbəsinin qarşısında toplaşan 2 min partiya üzvünün qarşısında çıxış edən BDP-li millət vəkili Pərvin Buldan həbslərə etirazını bildirib.
Pərvin Buldanın açıqlamasından sonra bəzi kürd qruplar küçələrdə yürüş keçirmək istəyib, ancaq polis buna müdaxilə edib. Ara küçələrə dağılan 15-20 nəfərlik qruplar İqdırda azərbaycanlılara aid mağazalara daş atmağa başlayıb. Polis onlara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə etməyə çalışıb.
Şəhərin mərkəzinə hərəkət edən kürd qruplar yenidən azərbaycanlıların mağazalarını daşlamağa başlayan zaman bu dəfə onlara 50 nəfərlik millətçi-ülküçü qrup cavab verib. Qısa müddət davam edən daşlı -dəyənəkli qarşıdurmadan sonra kürdlər qaçmağa başlayıblar.
Polis bu olaylarda iştirak edən 53 nəfəri saxlayıb. BDP-li millət vəkili Pərvin Buldan isə olaylardan sonra axşam həmin mağazalar olan yerə gəlib və bir hakkarili iş sahibi ilə söhbətində iddia edib ki, guya həmin mağaza onun həmyerlisinin olduğu üçün polis oranı daşlatdırıb. Halbuki bütün hadisələr kameraların qarşısında baş verib.
Axşam saatlarında isə çevik polis alayı “Hər şey Vətən üçün!” şüarı ilə İqdır küçələrində yürüş keçirib.

696