6 kiloqrama yaxın narkotik satmaq istəyən şəxs tutulub
Yardımlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Lent.az-a Yardımlı Rayon polis şöbəsinin rəis müavini Sahib Səmədov məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında rayonun Aruz kənd sakini, 20 yaşlı Bağışov Samir Habil oğlu rayon ərazisində 6 kiloqram narkotik vasitə olan həşişi satmağa apararkən tutulub. O, narkotik vasitəni bir neçə gün əvvəl İran İslam Respublikasından gətirdiyini deyib.
Faktla bağlı Yardımlı rayon polis şöbəsində Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanıb.
Saxlanılan şəxsin narkotik vasitəni kimlərə satmaq istədiyini müəyyən etmək üçün istintaq hərəkətləri davam etdirilir.

360