“Ötən il Azərbaycanda 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb” - MÜSAHİBƏ
DİN idarə rəisi: “İl ərzində ölkədə narkotiklərlə bağlı 2641 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan beş nəfəri azyaşlıdır”
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanovun APA-ya müsahibəsi
- Azərbaycanda ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hansı tədbirlər həyata keçirilib? Bu müddətdə nə qədər narkotik vasitə dövriyyədən çıxarılıb?
- Hər il olduğu kimi 2009-cu ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Daxili İşlər Nazirliyi tərəfindən bir çox tədbirlər həyata keçirilib. Ötən il ərzində Azərbaycanda 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Bu rəqəm 2008-ci illə müqayisədə iki dəfə artıqdır. Keçən il dövriyyədən çıxarılan narkotiklərin 130 kiloqramını heroin təşkil edib. Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən il ərzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 3 mütəşəkkil dəstə zərərsizləşdirilib. Dəstə üzvləri arasında Əfqanıstan vətəndaşları da olub. Onu da deyim ki, 2009-cu ildə 120 hektar sahədə xeyli miqdarda narkotik tərkibli bitkilər tərəfimizdən məhv edilib. Bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir.
- 2009-cu ildə Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib?
- İl ərzində ölkədə narkotiklərlə bağlı 2641 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan beş nəfəri azyaşlıdır. 2008-ci illə müqayisədə bu rəqəm stabil qalıb. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərin arasında 616 nəfər 30 yaşına qədər olan şəxslərdir. 30 yaşdan yuxarı olan şəxslərin sayı isə 2 mindən artıqdır.
- Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin arasında xarici ölkə vətəndaşları olubmu?
- Bu hər zaman olub. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin arasında xarici ölkə vətəndaşları da var. 2008-ci illə müqayisədə ötən il onların sayı dəyişməz qalıb. Tərəfimizdən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il narkotiklərlə bağlı 58 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Onların əksəriyyətini İran İslam Respublikasının vətəndaşıdır.
- Qanunsuz dövriyyədə olan narkotik vasitələr əsasən hansı marşrutlarla Avropaya daşınır? Azərbaycan ərazisində tranzit ölkə kimi istifadə olunurmu?
- Bilirsiniz, Əfqanıstan narkotik istehsalı ilə dünyada tanınan bir ölkədir. Bu ölkədə istehsal olunan narkotik vasitələr İrana, oradan da müxtəlif yollarla Avropaya daşınır. Azərbaycanın bu coğrafi mövqedə yerləşməsi bu gün narkotik vasitələrin bu ərazidən tranzit daşınması kimi halları qaçılmaz edir. Narkotik vasitələr əsasən Əfqanıstan, İran, Türkmənistan, Azərbaycan və Xəzər dənizi vasitəsi ilə Avropaya aparılır. Azərbaycanın işğal altındakı ərazilərdən də tranzit məqsədlər üçün istifadə olunur. Təəssüflə qeyd etməliyəm ki, biz buna nəzarət edə bilmirik.
- Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edirmi?
- Qeyd etmək istərdim ki, bu problem tək Azərbaycanın deyil, bütün dünyanın problemidir. Hər bir dövlət narkotiklərin qanunsuz dövriyyəsi ilə ciddi mübarizə aparır. Azərbaycan da BMT-nin narkotiklərlə mübarizə ilə bağlı konvensiyalarına qoşulub. Həmin konvensiyalara qoşulan ölkələrlə bizim çox geniş əlaqələrimiz mövcuddur. Bu sahədə Azərbaycan beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq edir.

666