Lənkəranda 71 yaşlı ana 37 yaşlı qızını bıçaqlayıb
25 yanvar 2010 14:45 (UTC +04:00)

Lənkəranda 71 yaşlı ana 37 yaşlı qızını bıçaqlayıb

Balaxanım Hənifəyeva qızının baş nahiyəsinə kəsici alətlə bir neçə dəfə zərbə endirib
Yanvarın 24-də saat 14 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/4, mənzil 37 ünvanında cinayət hadisəsi baş verib. Həmin mənzildə yaşayan 71 yaşlı Balaxanım Hənifəyeva ailə məişət zəminində baş verən mübahisə nəticəsində doğma qızı 36 yaşlı Təranə Ağayevanın baş nahiyəsinə kəsici alətlə bir neçə dəfə zərbə endirib.

Yaralı digər ailə üzvlərinin köməkliyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkim-travmatoloq Adil Ağasiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, T.Ağayeva xəstəxanaya gətirilən zaman çoxlu qan itirmişdi. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olub.

Lənkəran Şəhər Polis Şöbəsinin Baş müstəntiqi Elnur Məmmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə həqiqətən də ailə məişət zəminində baş verib.

Faktla bağlı Lənkəran rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar