11 yaşlı şagirdini zorlayan müəllimin məhkəməsi başladı
Qaradağ rayonunda yaşayan həmin qızın hazırda 15 yaşı var
Yanvarın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 yaşlı şagirdini zorlamaqda təqsirli bilinən orta məktəb müəllimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Qaradağ rayonunda yerləşən 294 saylı orta məktəbin müəllimi, 1959-cu il təvəllüdlü Şahin Yusifov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, hadisənin baş verməsində tək günahkar özü deyil. Ş.Yusifov bu işdə qızın da günahı olduğunu söyləyib. O, qızın istəyi əsasında bunların baş verdiyini söyləyib. : “Günah təkcə məndə deyil. Qız mənə özü “vızıv” atırdı. Mən də onunla görüşürdüm”.
İttihama görə, 2009-cu ilin avqustunda Ş. Yusifov yaşadığı Qaradağ rayonu Umid qəsəbəsində qonşusu, 1995-ci il təvəllüdlü C.B-yə ( şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. İstintaqla müəyyən edilib ki, Ş.Yusifov 2006-cı ildən etibarən mütəmadi olaraq qızla cinsi əlaqədə olub.
Bundan başqa, Ş.Yusifov zorladığı qızın anası və qardaşına qarşı da əxlaqsız hərəkətlər etməkdə də ittiham olunur.
Belə ki, Ş.Yusifov zorladığı C.B. ilə qapı qonşu olub. 2006-cı ildən başlayaraq, onların evinə gəlib-gedən Ş. Yusifov həmin ailənin imkansızlığından istifadə edərək, onları əsarət altında saxlayıb. C.B-nin anası da Ş. Yusifovun işlətdiyi kafedə qabyuyan işləyib.
İçki asılılığı olan Ş.Yusifov tez-tez bu evdə dava salaraq, qızı və anasını döyüb. Hətta günlərin birində C.B-ni evdə qardaşının gözü qarşısında zorlayaraq həmin mənzərəni mobil telefonuna çəkib.
2009-cu ilin avqustun 23-də yenə C.B-nin evinə gələn Ş.Yusifov zorla onunla cinsi əlaqəyə girəcəyini söyləyib. Bundan əsəbiləşən qızın xalası Qaradağ rayon Polis İdarəsinə müraciət edib. Ş. Yusifov hadisə yerinə gələn polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, Şahin Yusifovun 9 illik müəllimlik fəaliyyətinə 2009-cu ilin avqustun 24-də xitam verilib.
Ş.Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə)
Fərid Əkbərov

492