80 yaşlı qocanın qatilinə 15 il həbs
Rusiya vətəndaşı Bakıda törətdiyi cinayətə görə mühakimə olunub
Yanvarın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 80 yaşlı qocanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Rusiya vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Rusiya Federasiyasının vətəndaşı, 1983-cü il təvəllüdlü Rəşan İsrafilova hökm oxunub. Hökmə əsasən, R.İsrafilov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il oktyabrın 21-də Bakının Əzizbəyov rayonunda 80 yaşlı Rafiq Əliyevin qətlə yetirilmiş meyiti tapılıb. Qətli törədən R.İsrafilov tutulub.
İstintaqla müəyyən edilib ki, R.İsrafilov hadisəni tamah məqsədi ilə törədib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmək) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

390