Kiyev və Moskva arasında diplomatik qalmaqal gözlənilir
Rusiyanın yeni səfirinin etimadnaməsində Ukrayna prezidentinin adı yazılmayıb
Ukrayna və Rusiya arasında yeni diplomatik qalmaqal gözlənilir.
Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko Xarici İşlər Nazirliyinə Rusiyanın yeni səfiri Mixail Zurabovun etimadnaməsini qəbul etməməyi tapşırıb.
Viktor Yuşşenkonun qəzəblənməsinin səbəbi etimadnamədə Ukrayna prezidentinin adının olmaması barədə rəsmi Kiyevə sızan məlumatdır. Ukrayna Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi deyib ki, əgər etimadnamədə Ukrayna prezidentinin adı olmasa, Rusiyanın yeni səfirinin səlahiyyətlərinin icrasına başlaya bilməyəcəyi birmənalıdır.

388