Lahor-Mançester təyyarəsi Bakıda məcburi eniş edib
21 yanvar 2010 18:15 (UTC +04:00)

Lahor-Mançester təyyarəsi Bakıda məcburi eniş edib

Dünən Lahor (Pakistan) – Mançester (Böyük Britaniya) reysi ilə uçan təyyarə saat 06.00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanda təcili yerə enib.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb təyyarədə olan sərnişinlərdən birinin vəziyyəti ağırlaşması olub.
Pakistan vətəndaşı olan 3 ay 20 günlük Əlisa Xalid qıcolma və yüksək hərarət sindromu ilə təcili tibbi yardımla Elmi-Tədqiqat Pediatriya İnstitutunun Klinikasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən uşağa vaxtında bütün lazımi tibbi yardım göstərilib.

Uşaqdan və anasından təcili olaraq A/H1N1 virusuna qarşı analizlərdə götürülüb və dərhal müayinəyə göndərilib. Onların heç birində virusa yoluxma halı aşkarlanmayıb. Uşağın vəziyyəti hazırda stabildir, intensiv terapiya şöbəsinə yerləşdirilib. Bütün lazımi tibbi xidmət təşkil olunub.


Pakistanın ölkəmizdəki səfirliyinin əməkdaşları uşağın səhhəti ilə yaxından tanış olublar, və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərin təşəkkürlərini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar