Azərbaycana keçmək istəyən erməni öldürülüb
20 yanvar 2010 18:00 (UTC +04:00)

Azərbaycana keçmək istəyən erməni öldürülüb

Azərbaycanın Füzuli rayonu istiqamətində təmas xəttini keçməyə cəhd göstərən erməni öldürülüb.


Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, öldürülənin şəxsiyyəti hələlik dəqiqləşdirilməyib.


Azərbaycan əsgərlərinin xəbərdarlığına məhəl qoymayan həmin şəxs snayperlə vurulub. Meyiti Füzuli rayonu ərazisindəki Hərbi Hospitala gətirilib. Baxış zamanı onun üzərində silah aşkarlanıb. Öldürülənin hərbçi, yaxud mülki şəxs olduğu barədə məlumat verilmir.


Faktla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar