Azərbaycanda Çin vətəndaşını girov götürən dəstənin başçısı tutuldu
20 yanvar 2010 15:00 (UTC +04:00)

Azərbaycanda Çin vətəndaşını girov götürən dəstənin başçısı tutuldu

Çin Xalq Respublikasının (ÇXR) vətəndaşını Azərbaycanda girov götürməkdə təqsirləndirilən mütəşəkkil cinayətkar dəstənin başçısı həbs edilib.



Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasının vətəndaşı Zhanq Venlini girov götürməkdə təqsirləndirilən mütəşəkkil cinayətkar dəstənin başçısı Ye Qhanq Bin tutularaq istintaqa təhvil verilib.


Xatırladaq ki, məlum cinayət hadisəsi 2010-cu il yanvarın 6-da baş verib. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan, ÇXR vətəndaşı, xanım Zhanq Yaogin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, həmin gün saat 02:00 radələrində həyat yoldaşı Zhanq Venlinin Bakının 8-ci km qəsəbəsində özünə məxsus “Opel Astra” markalı avtomaşını ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb olunması barədə məlumat verib.


Dərhal Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılıb. Müəyyən olunub ki, Zhanq Venlin yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonun 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. Təxminən saat 02:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 9:30 radələrində Zhanq Venlinə məxsus mobil telefonundan onun həyat yoldaşına zəng vuran naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığı bildirilib və azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər. Naməlum şəxslər bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə Zhanq Venlini öldürəcəklərini deyiblər.


Yanvarın 7-də girov götürülmüş Çin vətəndaşının həyat yoldaşının mobil telefonuna yenidən zəng vuran naməlum şəxslər Zhanq Venlinin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığını bildiriblər. Zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülüb.


Elə həmin gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən ÇXR vətəndaşları Li Jien Vei, Zenqo Vanq Liyonq, Vanq Konqyonq və Zinq Laxu saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı cinayətdə istifadə olunan maskalar, bıçaqlar, balta, dəmir dəyənəklər, yapışqanlı lent, mobil telefonlar və s. əşyalar aşkar edilərək götürülüb. Gözləri yapışqanlı lentlə sarılmış, sağ əlinin barmağı kəsilmiş vəziyyətdə olan Zhanq Venlin isə girovluqdan azad edilib.


Faktla bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10