Abşeronda mina partlayışı, ata və oğlu öldü
Dünən saat 17:00 radələlərində Abşeron rayonunun Çaylı kəndinin ərazisində olan “Çərməməzlər” yatağında tank əleyhinə təlim minasının alışdırıcısı partlayıb, nəticədə Quba rayonunun Musu kəndinin sakinləri, 1965-ci il təvəllüdlü Şahverdiyev Asəf Becal oğlu və onun 11 yaşlı oğlu Əsbala ölüb.
Abşeron Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Quba rayonunun Musu kəndindən bir neçə ailə hər il olduğu kimi bu il də qoyunlarını saxlamaq üçün “Çərməməzlər” adlanan yatağa gəlib.
Qışlaqdan 1-2 kilometr aralıda hərbi təlim mərkəzi yerləşir. Prokurorluqdan bildiriblər ki, 2 gün əvvəl həmin təlim mərkəzində ağır texnikanın iştirakı təlim keçirilib. Təlimdən sonra Asəf Şahverdiyev 11 yaşlı oğlu Əsbala ərazidə qoyun otaran zaman tank əleyhinə minanın alışdırıcısını tapıb. Ata və oğlu alışdırıcını çəkərək içərisinə baxmaq istəyib. Bu zaman partlayış baş verib və onların hər ikisi hadisə yerində ölüb.
Faciəli məqam odur ki, hadisə Asəf Şahverdiyevin öz həyat yoldaşının, digər oğlunun gözü qarşısında baş verib. Həmin vaxt onun həyat yoldaşı çoban evindən 3 metr kənardakı təndir damında çörək bişirirmiş və partlayışın şahidi olub. Yataqdakı digər ailələr də hadisəni görüblər.
Qəlpələr Asəfin əlini tamam dağıdıb, çiynini yaralayıb, bədəninə dolub. Əsbalanın qarın boşluğuna çoxlu sayda qəlpə dolub, ağız-burnunu dağıdıb, başına xəsarət yetirib.

902