8 yaşlı oğlanı zorlayana 8 il həbs cəzası
19 yanvar 2010 14:00 (UTC +04:00)

8 yaşlı oğlanı zorlayana 8 il həbs cəzası

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 8 yaşlı oğlanı zorlamaqda təqsirləndirilən Füzuli rayonu sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əlvəndova hökm oxunub. Hökmə əsasən, A. Əlvəndov 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu ilin mayında Füzuli rayon sakini Anaq Əlvəndov qonşuluğunda yaşayan 2001-ci il təvəllüdlü Zakiri (adı şərtidir) zorlayıb. A. Əlvəndov Zakirin valideynlərinin şikayəti əsasında tutulub.


A. Əlvəndov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar