4 hərbçinin qatilinə ömürlük həbs
Orxan Səfərov 3 çavuşu, 1 əsgəri qətlə yetirib, 1 hərbçini də yaralayıb
Yanvarın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında yerləşən Təlim Mərkəzində 3 çavuşu, 1 əsgəri qətlə yetirən, əsgər yoldaşlarından birini isə ağır yaralayan Azərbaycan Ordusunun kiçik çavuşu Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, O.Səfərovun ömürlük azadlıqdan məhrum edilib.
İttiham aktına görə, 2009-cu il mayın 23-də saat 11:00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin təlim mərkəzində, kiçik çavuş Orxan Səfərov avtomat silahdan atəş açaraq çavuşlar Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu və Mustafa Sayfulovu qətlə yetirib, Pünhan Həsənovu isə yaralayıb.
Qeyd edək ki, O. Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29. 120 (cinayət etməyə cəhd) və 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunur.
Fərid

366