Şirvan şəhərində toya hazırlaşan gənc özünü asdı
18 yanvar 2010 13:45 (UTC +04:00)

Şirvan şəhərində toya hazırlaşan gənc özünü asdı

Bu barədə Lent.az-a Şirvan rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilib ki, 1988-ci il təvəllüdlü Elnur Mahmudov özünü yaşadığı evin həyətində dirəkdən asıb. İntiharın səbəbləri məlum deyil. Mərhumun nişanlı olduğu və evlənməyə hazırlaşdığı bildirilib.


Faktla bağlı Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar