Yalançı terrorçu məhkəmə zalından azadlığa buraxıldı
18 yanvar 2010 13:30 (UTC +04:00)

Yalançı terrorçu məhkəmə zalından azadlığa buraxıldı

Yanvarın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror barədə yalan məlumat verən Bakı şəhəri sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Hüseyn Atakişiyevə hökm oxunub. Hökmə əsasən, H.Atakişiyev 2 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Bakı şəhəri sakini, 1992-ci il təvəllüdlü Hüseyn Atakişiyev 2009-cu il avqustun 12-də Daxili İşlər Nazirliyinin "102 zəng xidməti"nə zəng edərək Qaradağ rayonunda, Sahil qəsəbəsindəki ATS-in qarşısına bomba qoyması barədə məlumat verib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H. Atakişiyev tutulub.

Qeyd edək ki, H. Atakişiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terror barədə yalandan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar