Azərbaycana keçən erməni ailəsi danışdı
“Sərhədi keçəndə ermənilər maşınımızı atəşə tutdular”
Ailəliklə Azərbaycan ərazisinə keçərək, hərbiçilərimizə könüllü təslim olan 5 nəfərdən ibarət erməni ailəsi hazırda Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində saxlanılır.
1958-ci il təvəllüdlü Yeğişe Gevorkyan həyat yoldaşı Ruzanna Mardanyan, 3, 6 və 7 yaşlı uşaqları ilə birlikdə erməni hərbçilərinin xəbərdarlığına məhəl qoymayıb və sərhəd maneələrini aşaraq, Yersax rayonu istiqamətindən Naxçıvan ərazisinə keçib.
Lent.az xəbər verir ki, erməni ailəsi Azərbaycanın “Lider” televiziyasına çox ağır, yoxsul vəziyyətdə yaşadıqlarını və Ermənistandakı insanların 95 faizinin bu vəziyyətdə olduğunu deyib: “Buna yaşamaq, yox sürünmək desək, daha doğru olar. Hakimiyyətə etiraz etmək üçün meydanlara çıxanların sayı hər gün daha da çoxalır. İnsanlar təqib olunur, həbsxanalara salınır. İnsan hüquqları, beynəlxalq prinsiplər - bunlar hamısı Ermənistan hakimiyyəti üçün tamamilə yad anlayışdır”.
Hazırda Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin ərazisində yaşayan ailənin başçısının sözlərinə görə, onların qaçmasına təsir edən amillərdən biri isə Ermənistanda sonuncu dəfə keçirilmiş parlament seçkisində kütləvi pozuntuların olmasıdır.
Ermənistan-Azərbaycan sərhədini keçdikləri günü xatırlayan Y.Qevorkyan deyib ki, qohumları ilə vidalaşaraq, ailə üzvləri ilə birlikdə maşına oturub və Azərbaycan sərhədinə tərəf istiqamət alıb: “Biz sərhəd maneələrini aşanda əsgərlərimiz maşında uşaqların olmasına baxmayaraq, arxadan atəş açdılar. Azərbaycan tərəfindən isə maşında uşaqların olduğunu və ağ bayraq qaldırdığımızı görərək, atəş açmadılar”.
Ermənilər onlara Azərbaycanda yaradılan şəraitdən isə ağız dolusu danışıblar. Ölkəmizdə uşaqlara necə humanist pirinsiplər əsasında davranıldığını xüsusi vurğulayıblar. Ermənistandan, oradakı acınacaqlı həyat tərzindən yaxa qurtarmaq üçün Azərbaycana pənah gətirən tək mülki vətəndaşlar deyil.
Xüsusən, ötən il Ermənistan Ordusunda xidmət etmək istəməyənlərin sayı artıb. Onların arasında canını qurtarmaq üçün Azərbaycana keçənlərsə, artıq mülki vətəndaşların da bura gəlməsini təəccüblə qarşılamayıblar. Hazırda aidiyyatı strukturlar Ermənistana qayıtmaq istəməyən həm erməni əsirləri, həm də mülki vətəndaşlarla bağlı araşdırmanı davam etdirir. Onların 3-cü ölkəyə göndərilməsi istiqamətində danışıqlar aparılır.

481