“Ergenekon”çu generalın azərbaycanlı sevgilisi yoxa çıxıb
16 yanvar 2010 19:00 (UTC +04:00)

“Ergenekon”çu generalın azərbaycanlı sevgilisi yoxa çıxıb

“Ergenekon” cinayət işində təqsirləndirilərək həbs olunan general Levent Ərsözün azərbaycanlı sevgilisi Ülviyyə Salamova ilə bağlı yeni xəbərlər var.
Lent.az-ın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, Ərsöz uzun müddət istintaqdan yayınıb. Həmin müddətdə onun gizlənməsində Salamaovanın böyük rolu olub. 4 ay əvvəl isə Ankarada yaşayan azərbaycanlı qadının özü yoxa çıxıb.
Belə ki, Ü.Salamovanın azyaşlı qızı ilə birlikdə Azərbaycana gəldiyi bildirilir. Onun Ankaradakı Orta Doğu Texniki Universitetində təhsil alan oğlu isə atası ilə birgə həmin şəhərdə qalıb.
Əvvəllər Rusiyanın xaricə silah satan yeganə dövlət şirkəti “Rosoboroneksport”da çalışan Salamova Ankaradan ayrılarkən məhəllədəki qonşularına “Mən qızımla Azərbaycana gedirəm, uzun müddət gəlməyəcəyəm” deyib. O, yaşadığı milyon dollarlıq villanın kommunal xərclərini də əvvəldən ödəyib.
Həmin vaxtdan indiyədək keçən 4 ay müddətdə qonşuları onu görməyib. Azərbaycanlı qadının yaşadığı binanın işçilərindən biri isə “Ülviyyə xanımın əşyaları hələ də burada qalır. Getdiyi 4 aydır, evinə gəlib-gedən yoxdur” söyləyib.
Xatırladaq ki, Ersözlə Salamova rəsmi nikahda olmayıb. Onların hər ikisinin ailəsi və övladları olub. Ü.Salamovanın həyat yoldaşı azərbaycanlıdır, hazırda Ankarada bir universitetdə müəllim işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar