Nazim Quliyevə 13 il 3 ay müddətinə həbs cəzası
Yanvarın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə N.Quliyevin 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verilib. Həmçinin, hökmə əsasən, baş redaktorun əmlakı da müsadirə olunub.
İttihama görə, N. Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli hökmü ilə N. Quliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə isə ona bəraət verilib. Adıçəkilən məhkəmə prosesi “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.
Fərid Əkbərov

536