Sabiq icra başçısının məhkəməsi başladı
15 yanvar 2010 12:00 (UTC +04:00)

Sabiq icra başçısının məhkəməsi başladı

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidovun cinayət işi üzrə məhkəmə baxışı yanvarın 19-na təyin edilib.

İttiham görə, S. Rəşidov 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Buna kimi o, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. S.Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilir. O, təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib.


Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690

Oxşar yazılar