Bakıda iş adamının evinə silahlı basqın edilib
Bakının Nərimanov rayonunda iş adamının evinə silahlı basqın olub, evdən külli miqdarda pul və qızıl zinət əşyaları götürülüb. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə ötən gecə rayonun Aşıq Alı küçəsi, 5 ünvanında qeydə alınıb. Hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 45 saylı mənzilə daxil olan naməlum şəxslər ev sahibəsi Çimnaz Əsədova və ailənin sürücüsü Anar Əzizovun zor tətbiq etməklə əl-ayağını, ağzını və gözlərini bağlayıb. Daha sonra ev sahibəsinə işgəncə verərək onu silahla hədələyən şəxslər onlardan pul tələb ediblər. Basqınçıların işgəncəsinə dözməyən qadın evdə olan bütün pulları və xeyli miqdarda qızıl-zinət əşyalarını onlara vermək məcburiyyətində qalıb. Basqınçılar külli miqdarda pulu və qızıl zinət əşyalarını alaraq hadisə yerindən qaçıblar.
Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Polis İdarəsindən, həmçinin bildirilib ki, sözügedən mənzilin sahibi iş adamıdır.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (quldurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.4-cü (quldurluq – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

723