Gəncədə oğurluq edən 2 nəfər tutulub
Oğurluq etmiş Gəncə və Qazax sakinləri Bakıda yaxalanıb
Gəncə şəhər Kəpəz rayon Polis şöbəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları şəhər sakininin evindən 8000 manat dəyərində oğurluq edən 2 nəfəri yaxalayıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, ötən il noyabr ayının 23-də Kəpəz rayon Polis şöbəsinə Gəncə sakini Hüseynova Təranə Qəmbər qızının evindən ümumi dəyəri 8000 manat olan 1 ədəd “LG” markalı, 54 ekran televizor, 12 ədəd xalça və digər ev əşyaları oğurlandığı barədə şikayət daxil olub.
Aparılan axtarış tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən, ev yiyəsinin qonşusu 1991-ci il XƏlilov Orxan Rəhim oğlu Bakı şəhərində maddi dəlillərlə birgə yaxalanıb. Onun oğurluğu 1989-cu il təvəllüdlü Qazax rayon Qıraq Kəsəmən kənd sakini İsgəndərov Ümid Maksim oğlu ilə törətdiyi aşkarlanıb və həmin şəxs də saxlanılıb.
Vüsalə Cənnətova

528