Bakıda 25 yaşlı oğlan bıçaqlanıb
14 yanvar 2010 13:45 (UTC +04:00)

Bakıda 25 yaşlı oğlan bıçaqlanıb

Nizami rayonunda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb. Bu barədə Lent.az-a Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən məlumat verilib. Məlumatda bildirilib ki, rayonun Qara Qarayev prospekti 63 ünvanında Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Mübariz Füzuli oğlu Novruzov naməlum şəxs tərəfindən bıçaqlanıb. M.Novruzov döş və qarın nahiyəsinin kəsilməsi nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar