Daxili işlər orqanlarında kadr dəyişikliyi
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılov və Qazax RPŞ-nin rəisi, polis polkovniki Şükür Mehdiyev tutduqları vəzifədən azad ediliblər. Ş.Mehdiyev Şəmkir RPŞ-nin, Z.İsmayılov isə Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunublar.
Abşeron RPŞ-nin rəisi, polis polkovniki Zahid Məmmədov isə Daxili İşlər Nazirliyinin Xidmət keçmə haqqında Əsasnaməsinə uyğun olaraq yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. R.Usubovun digər əmri ilə isə Şəmkir RPŞ-nin rəisi, polis polkovniki Namiq İsmayılov Abşeron RPŞ-ə rəis təyin edilib.

1821