İranda azərbaycanlı alimin məhkəməsi başlayıb
Bu barədə APA-ya Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, “Lazer” Elmi Texniki Mərkəzin direktoru Soltanhəmid Məlikov məlumat verib.
Komitə sədrinin bildirdiyinə görə, ötən gün ailəsi ilə telefon əlaqəsi saxlayan Rəşid Əliyev bir neçə gün əvvəl məhkəmə qarşısına çıxarıldığını bildirib. Məhkəmə hazırlıq xarakteri daşıyıb və R. Əliyev növbəti proseslərdə ifadə vermək üçün tərcüməçi tələb edib. Növbəti məhkəmə iclasının vaxtı isə hələ müəyyənləşməyib.
S.Məlikov artıq bu barədə Xarici İşlər Nazirliyi və Azərbaycanın İrandakı səfirliyinə
məlumat verildiyini bildirib: “Yəqin ki, səfirlik Rəşid Əliyevə tərcüməçi tapmaqda köməklik göstərəcək”.
S.Məlikov, həmçinin R. Əliyevin işi ilə bağlı Azərbaycan Milli Məclisinə müraciət etdiklərini də söyləyib: “Bizim müraciətimizə bir qrup millət vəkili artıq cavab verib. Onlar azərbaycanlı alimin azad edilməsi üçün İran İslam Respublikasına müraciət etmək niyyətindədirlər. Bu məqsədlə deputatlar arasında imza toplanır”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.
Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.
Bu günədək Rəşid Əliyevin həbsinin səbəblərinin araşdırılması və onun azadlığa buraxılması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar göndərilsə də, hələlik heç bir nəticə əldə olunmayıb.

968