Rail Rzayevin köməkçisi daha 3 ay həbsdə qalacaq
Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin hazırda həbsdə olan köməkçisi Aydın Rəfiyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Məlumata görə, ötən gün Bakı Hərbi Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə A.Rəfiyevin məhkəməsi olub. Məhkəmə Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində A.Rəfiyevin barəsində başlanan cinayət işinin istintaqının hələ başa çatmamasını əsas gətirərək, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması barədə qərar qəbul edib.
Əlavə edək ki, A. Rəfiyevin həbs müddəti artıq 4-cü dəfədir, uzadılır.
Xatırladaq ki, R. Rzayevin köməkçisi A. Rəfiyev və onun oğlu Anar bu il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və “Mitsubishi-Pajero” markalı maşınına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Təqsirləndirilən şəxslər avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10-00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkcəsini R.Rzayevin ölümündən bir müddət sonra generalın şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verildiyini bildiriblər. Lakin A. Rəfiyev məzuniyyətdə olduğu üçün onları Müdafiə Nazirliyinə təhvil verməyib.
Baş prokuror Zakir Qaralov isə ötən ilin oktyabrında jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

648