Lənkəranda 8 nəfər QİÇS-dən ölüb
13 yanvar 2010 17:00 (UTC +04:00)

Lənkəranda 8 nəfər QİÇS-dən ölüb

Bu məlumatı APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov verib.

Onun sözlərinə görə, ötən il müddətində laboratoriya müayinəsindən keçmiş şəxslərdən 25 nəfər HİV daşıyıcısı aşkarlanaraq qeydiyyata götürülüb və bununla da Lənkəran rayonunda QİÇS-ə yoluxanların sayı 187 nəfərə çatıb.

Ümumilikdə isə cənub bölgəsi üzrə hazırda 360 nəfər QİÇS xəstəsi var ki, bunlardan da 78 nəfəri Astara, 66 nəfəri Masallı, 22 nəfəri Cəlilabad, 4 nəfəri Lerik, 3 nəfəri Yardımlı rayonlarının payına düşür.

Laboratoriya müdirinin açıqlamasına görə, bölgədə QİÇS-ə yoluxma halı ilk dəfə 2000-ci ildə Lənkəranda aşkarlanıb. Ötən 10 il müddətində bu xəstəlikdən 29 nəfər dünyasını dəyişib:”QİÇS əsasən miqrantlar arasında yayılmış xəstəliklərdən biridir. Ona görə də hesab edirəm ki, 6 aydan çox respublikadan kənarda olan şəxslər mütləq laboratoriya müayinəsindən keçməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar