İrandan Azərbaycana gətirilən 31 kq narkotik tutulub
13 yanvar 2010 15:45 (UTC +04:00)

İrandan Azərbaycana gətirilən 31 kq narkotik tutulub

Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan bir qrup şəxs ifşa olunaraq yaxalanıb.



Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən məlumat verilib. Onlardan 31 kiloqram 500 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Belə ki, İran İslam Respublikasının vətəndaşları - 1965-ci il təvəllüdlü Musəvi Bəğrabad Seyid Abbas Mir Tofiq oğlu, 1959-cu il təvəllüdlü Yusif Həviq Seyid Kərim Mir Rəhim oğlu, Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü Seyfullayev Səbrəddin Xanqulu oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə keçiriblər.

Müəyyən edilib ki, 2010-cu il yanvarın 11-də Səbrəddin Seyfullayevin sifarişi əsasında hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının digər vətəndaşı həmin narkotik vasitələri satış məqsədilə taxtadan düzəldilmiş üç ədəd qapının içərisində gizlədərək, onları İrandan Azərbaycana yük daşıyan «Volvo» markalı avtobusa yükləyib.

Sonra o, həmyerliləri - avtobusun sürücüsü Musəvi Bəğrabad Seyid Abbasa və sürücünün köməkçisi Yusif Həviq Seyidə həmin narkotik vasitələri Səbrəddin Seyfullayevə çatdırmaq üçün qaçaq yolla Azərbaycana keçirmələrini tapşırıb. Musəvi Bəğrabad Seyid Abbas və Yusif Həviq Seyid də bu təkliflə razılaşıb və qeyd olunan narkotik vasitələri İrandan gizli yolla Azərbaycana gətiriblər.

2009-cu il yanvarın 11-də Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yusif Həviq Seyid və Musəvi Bəğrabad Seyid Abbas Astara rayon gömrük məntəqəsində saxlanılıb, sonuncunun idarə etdiyi «Volvo» markalı «THR 38808» qeydiyyat nömrə nişanlı avtobusun yük yerinə özlərinin və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı oradan 31 kiloqram 500 qram həşiş aşkar edilərək götürülüb.


Eyni zamanda görülmüş çevik tədbirlərlə qrupun digər üzvü Səbrəddin Seyfullayev da yaxalanıb.


Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.


Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21