10 yaşlı oğlanı zorlayan kişiyə 9 il həbs cəzası
Yanvarın 13-də Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə 10 yaşlı oğlanı zorlamaqda təqsirli bilinən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Beyləqan rayon sakini Vahid İmanova hökm oxunub. Hökmə əsasən, V.İmanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, V.İmanov keçən ilin avqustunda Beyləqan rayonunda qonşusu, 1999-cu il təvəllüdlü Elmar (adı şərtidir) zorlayıb. Uşağın valideynlərinin şikayəti əsasında tutulan V.İmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub.

535