Erməni ailəsinin Azərbaycana keçdiyi rəsmən təsdiqləndi
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan vətəndaşı Yeğişe Petrosoviç Gevorkyanın ailə üzvləri ilə birgə Azərbaycan ərazisinə keçməsi barədə məlumatı təsdiqləyib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, erməni ailəsi hazırda Azərbaycan ərazisindədir, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 10-da axşam Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan içində həyat yoldaşı və azyaşlı (3, 6 və 7 yaşlı) uşaqlarının da olduğu avtomobillə Azərbaycan ərazisinə daxil olub.
APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi olayla bağlı rəsmi açıqlama yayıb. Nazirlikdən bildiriblər ki, Y. Gevorkyan Ermənistan sərhədçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb və sərhəd maneələrini aşaraq Yerasx rayonu istiqamətindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə girib. Azərbaycan əsgərlərinin xəbərdarlıq atəşi açdığı xəbər verilir.
Xatırladaq ki, Y.Gevorkyanın quldurluq, avtomobil oğurluğu və digər cinayətlərə görə 8 dəfə məhkum olunduğu bildirilib.

565