“Azərsu” Təmir Tikinti İstismarı İdarəsinin ərazisində yanğın
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun, Ceyranbatan qəsəbəsində “Azərsu” Təmir Tikinti İstismarı İdarəsinin ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evdə qeydə alınıb. Evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Fərid Əkbərov
Fərid Əkbərov
638