“Həbsdən çıxandan sonra da Rusiyaya qarşı vuruşacağam”
Radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəşid Mustafayev ifadə verib. O bildirib ki, 1998-ci ilə qədər Azərbaycanda hərbi xidmətdə olub. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini söyləyən R.Mustafayev 1999-cu ildə Çeçenistana getdiyini söyləyib: “2001-ci ildə Abxaziyada və Pankisidə ruslara qarşı döyüşmüşəm. Azər Misirxanovla da orada tanış olmuşam. 2001-ci ildə Azər Misirxanovla birlikdə Azərbaycana qayıtdıq. Sərhədi keçəndə o, tutuldu, mən isə keçə bildim. Daha sonra məni də qanunsuz silah gəzdirməyimə görə tutdular. 2006-cı ildə həbsdən çıxdım. Həbsdən çıxandan sonra qərara gəldik ki, ruslara qarşı mübarizəni davam etdirək”.
R.Mustafayev Rusiyaya qarşı döyüşməkdən peşman olmadığını söyləyib: “Burdan çıxandan sonra yenə də ruslara qarşı döyüşümü davam etdirəcəyəm”.
O, Çeçenistanda azərbaycanlı camaatın yaradılması qərarına gəldiklərini bildirib: “Bunun üçün bizə silah lazım idi, silah almaq üçün də pul”.
R.Mustafayev 2007-ci ilin martında Sumqayıtdakı valyuta dəyişmə məntəqəsinin işçilərinə edilən basqından xəbəri olmadığını söyləyib: “Aər Misirxanov məni Sumqayıta çağırdı, mən də getdim. Gördüm ki, Azər Misirxanov və daha 4 nəfər pul əldə etmək üçün belə bir əməliyyat hazırlayıb. Mən iradımı bildirdim, çünki həbsdən təzə çıxmışdım”.
O, ittihamda bu məqamla razılaşmadığını bildirib.
R.Mustafayev 2007-ci ildə Çeçenistanda hərbi əməliyyatlarda iştirak etdiyini söyləyib. O, “Əbu Valid”in dəstəsində vuruşduğunu bildirib.
Daha sonra “Əbu Bəkr” məscidini partlatmaqda təqsirləndirilən Samir Mehdiyevlə tanışlığından danışan R. Mustafayev bildirib ki, S.Mehdiyevin ölkədən çıxarılmasına köməklik edib: “ Mən Samiri Sumqayıtdan tanıyıram. Onun İlqar Mollaçıyevin dəstəsində rus qoşunlarına qarşı döyüşdüyündən xəbərim var idi. “Əbu Bəkr”də partlayış baş verəndən sonra bizə gəldi. Mənə dedi ki, Azərbaycandan çıxmağına kömək edim. Mən onun məscidin partladılmasını törədənlərdən biri olduğunu mətbuatdan və digər mənbələrdən eşitmişdim. Məsələni Samirlə bir də dəqiqləşdirdim. And-aman elə di ki, bu hadisənin ona heç bir aidiyyəti yoxdur. Məsələni özüm də araşdırandan sonra Faiq Fərəcovun köməkliyi ilə onun ölkədən çıxarılmasına kömək elədim”.
R. Mustafayev Bakı Novorosiyysk neft boru kəmərinin partladılması məsələsindən də danışıb. O, kəmərin partladılmasında iştirak etmədiyini söyləyib: “Amma mənə bu barədə əvvəlcə demişdilər. Partlayıcı qurğunun hazırlanmasında kömək eləmişəm. Partlayış baş verəndən sonra Asif Əmikişili mənə zəng edib dedi ki, partlayan neft kəməri deyilmiş, kanalizasiya xətti olub”.
Proses günorta fasiləsindən sonra davam etdiriləcək.
İttihama görə, "Abdulla" ləqəbli Azər Misirxanovun rəhbərliyi ilə Rəşid Mustafayev, Faiq Cəfərov, Firdovsi Quliyev, Vasif Ömərov, Vüsal İsayev, Mahir Allahverdiyev, Elməddin Fərəcov, Asif Əmikişili, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Tural Həsənov, Ceyhun Əliyev , İbadət Alazov, Amil Xəlilov, Kamran İlyasov, Emil Şıxəliyev, Elnur Qazıyev, Vüqar Adullayev, Mehdi Kərimov, Elşən Druskar, Namiq Məmmədov, Teymur Axundov, Arif İbrahimov, Elçin Canağayev, Ramil Fərzəliyev, Fuad Mövsümov, Rəşad Mahmudov, Zeynal Əkbərov, Mahir Abdullayev, Emin Cami və Bəxtiyar Mustafayev qabaqcadan əlbir olub qrup halında cinayətkar fəaliyyət göstərib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama)181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 206-cı (qaçaqmalçılıq), 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar.
Dəstənin başçısı Azər Misirxanovun Əfqanıstanda öldürüldüyü barədə məlum at yayılıb.
Fərid Əkbərov

545