Ana qatilinə 14 il həbs cəzası
Yanvarın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə anasını öldürməkdə təqsirləndirilən Bakı sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, 1968-ci il təvəllüdlü Vladislav Novotorjin İvanoviçə hökm oxunub. Hökmə əsasən, V. Novotorjin 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il iyunun 10-da Bakı şəhəri Suraxanı rayon sakini Vladislav Novotorjin 69 yaşlı anası Novotorjin Valentinanı bıçaqla qətlə yetirib. V.Novotorjin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

367