Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Rəsulzadə qəsəbəsi Azadlıq prospektində baş vermiş hadisədə daha bir piyada ağır bədən xəsarəti alıb. Belə ki, eyni vaxtda yolu keçmək istəyən 28 yaşlı Nuriyev İlkin Ədalət oğlu və 31 yaşlı Əliyev Anar İdris oğlu şəhərdən Binəqədi qəsəbəsi istiqamətində hərəkət edən “Mitsubishi Pajero” markalı avtomaşının zərbəsinə tuş gəlib (ANS Press). Nəticədə İlkin Nuriyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Anar Əliyevi vaxtında xəstəxanaya çatdırmaq mümkün olub. Xəstəxanada ona qapalı kəllə beyin travması və baş beynin silkələnməsi diaqnozu təyin edilərək təcili qaydada müayinə və müalicə olunub.
Hadisədən dərhal sonra Binəqədi rayon polis idarəsinin əməkdaşları yol qəzasının baş verdiyi ünvana gələrək ilkin müayinələr aparıblar və əldə olunan nümunələr, eləcə də şahid ifadələri əsasında qəzanı törədib uzaqlaşan nəqliyyat vasitəsinin sürücüsü və yeri müəyyənləşdirilərək məsuliyyətə cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.

478