Ombudsman Eynulla Fətullayevlə görüşdü
Elmira Süleymanova Adnan Hacızadə və Emin Milliyə də baş çəkib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında olub, burada saxlanılan bir sıra təqsirləndirilən şəxslərlə, o cümlədən “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
E.Fətullayev görüş zamanı bu təcridxanada saxlanıldığı müddətdə saxlanma şəraitindən şikayət etməyib.
E.Fətullayev 29 dekabr 2009-cu il tarixdə cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində (CÇM) üzərində aparılan axtarış zamanı ayaqqabısının içindən və gödəkcəsindən narkotik vasitə aşkar edildiyini, həmin narkotik vasitənin ona məxsus olmadığını, bu məsələdən ona qarşı təxribat kimi istifadə olunduğunu bildirib, bunu yaxın vaxtlarda Avropa İnsan Hüquqları Məhkəməsində işinə baxılacağı ilə əlaqələndirib.
O, həmçinin məsələ ilə bağlı 30 dekabr 2009-cu il tarixdə ondan qan nümunəsi götürülsə də, analizin nəticəsinin hələ də məlum olmadığını söyləyib.
Onun işgəncəyə məruz qalması məsələsi ilə bağlı suala E.Fətullayev narkotik vasitə aşkar ediləndən sonra 12 saylı CÇM-nin cərimə təcridxanasında ağır şəraitdə saxlanıldığını və bununla da Avropa İnsan Hüquqları Konvensiyasının heç kəsin işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamasını ehtiva edən üçüncü maddəsinin təsiri altına düşən işgəncə hesab etdiyini bildirib.
Ombudsman müraciətdə əks etdirilmiş halların yoxlanılaraq, istintaqın tam, obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi məqsədi ilə Baş Prokurora müraciət edib.
Daha sonra Müvəkkil bu təcridxanada saxlanılan Adnan Hacızadə və Emin Abdullayevlə görüşüb. Gənclər saxlanılma şəraitindən narazılıq etməyib, Səbail Rayon Məhkəməsinin barələrində çıxardığı hökmə artıq Apellyasiya Məhkəməsində baxıldığını, zərərçəkən şəxslərin məhkəməyə gəlməməsi səbəbindən prosesin başqa vaxta keçirildiyini bildiriblər.
Ombudsman bu istintaq təcridxanasında saxlanılan Bağbanov Xəqani Ağaşirin oğlu və Nigeriya vətəndaşı olan iki saxlanılan şəxslə söhbət aparıb, onlara hüquqları izah edilib.
Ümumilikdə görüşülən şəxslər onların vəziyyətlərini diqqətdə saxladığına görə Müvəkkilə təşəkkür ediblər.
Pərvin ABBASOV

Oxşar yazılar

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 mart 2025 , 04:38
İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapıldı - FOTO
3 mart 2025 , 02:06
İmişlidə FACİƏ: 4 yaşlı uşaq şoka düşərək öldü
3 mart 2025 , 00:59
İsmayıllıda kirayədə yaşayan tələbənin MEYİTİ TAPILDI
2 mart 2025 , 19:11
Bakıda ağacları kəsdilər - Baş Prokurorluğa MÜRACİƏT
2 mart 2025 , 16:28
İftar üçün xoruz kəsən kişi FACİƏLİ şəkildə öldü
2 mart 2025 , 16:19
Biləsuvarda həmyerlisinə atəş açan şəxs saxlanıldı-YENİLƏNİB
2 mart 2025 , 15:05