İnsan üzlü keçi doğuldu! - FOTO
Görənləri şoka salıb
İzmirin Tire rayonunda 5 ildir baytar kimi çalışan 29 yaşlı Erhan Elibol bir fermerin iki hamilə keçisinin doğuşu üçün cərrahi əməliyyat keçirib.
Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, doğuşlardan birində çox nadir hallarda baş verən bir olayla qarşılaşıb.
Oğlaqlardan birinin başının və üzünün insan sifətinə oxşaması hər kəsi heyrətə salıb. Həm də oğlaqlar tək dırnaqlı olublar.
Baytar deyib ki, əvvəllər iki başlı buzov, əl və ayaqları olmayan tək gözlü buzov, beş ayaqlı buzov görüb, amma ilk dəfə belə bir halla rastlaşıb: “Bu iki keçinin normal doğum vaxtı çatsa da, doğmamışdılar. Ona görə də cərrahi əməliyyata qərar verdim. Sonra da bu durumla qarşılaşdım. Oğlağın başının və üzünün insana bənzəməsi məni də, keçilərin sahibini də təəccübləndirdi. Oğlaq ölü idi”.
Baytar belə qəribə doğumların səbəbinin A vitamini çatışmazlığından qaynaqlandığını söyləyib.

596