“Mətanət A” şirkətinin külli miqdarda pulu mənimsənilib
11 yanvar 2010 12:00 (UTC +04:00)

“Mətanət A” şirkətinin külli miqdarda pulu mənimsənilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Mətanət A” şirkətinin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə şirkətin əməkdaşı Hafiz Səlimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, şirkətə məxsus heç bir pulu mənimsəməyib. H.Səlimov topdansatış məntəqələrinə paylanan sementlərin pullarının hamısını şirkətin xəzinəsinə təhvil verdiyini söyləyib.

Proses şahid ifadələri ilə yanvarın 18-də davam etdiriləcək.

İttihama görə, H. Səlimov "Mətanət A" şirkətində sement məhsullarının topdan satış məntəqələrinə paylanmasını təşkil edib. O, mağazalarda sement satışından toplanan külli miqdarda pulu mənimsəyib. Şirkətdə aparılan yoxlamalardan sonra H. Səlimov tutulub.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46