2 azərbaycanlı 1,2 milyon dollarla oğurlanıb
2009-cu il noyabrın 9-da İstanbulda 2 azərbaycanlı kuryeri soyan dəstə üzvlərini ələ keçirmək üçün 120 polis eyni vaxtda 26 ünvanda axtarış aparıb.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, dəstənin rəhbəri Cəmil V. başda olmaqla, 23 dəstə üzvü həbs edilib.
Onların arasında işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılmış bir polis işçisi, eyni zamanda hazırda haqqında təhqiqat aparılan başqa bir polis işçisi də var. Cinayətkar dəstənin soyğun zamanı istifadə etdiyi 3 avtomobil, 2 tapança və bir tüfəng də götürülüb.
Dəstənin kassiri olan Murad Konuş isə müəmmalı şəkildə ölüb. Təcridxanaya aparılan Murad Konuşun üzəri aranan zaman o, qəfil yerə yıxılıb. Xəstəxanaya aparılan 35 yaşlı Murad Konuşun həyatını həkimlər xilas edə bilməyiblər. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Ancaq ölümün dəqiq səbəbi müayinə olunduqdan sonra bilinəcək. Polis dəstənin qəsb etdiyi pulları tapmaq üçün axtarış aparır.
Qeyd edək ki, keçən il noyabrın 9-da bir yükdaşıma şirkətində işləyən Azərbaycan əsilli U.B və A.İ İstanbulda satıcılardan topladıqları 1 milyon 200 min dolları çantaya yığıblar. Onlar bu pulları Azərbaycanda satıcıların ünvanlarını verdikləri müəyyən şəxslərə çatdırmalı imişlər. Ancaq Azərbaycan gəlməyə hazırlaşan bu iki nəfər yolda gedərkən zorla bir avtomobilə əyləşdirilərək qaçırılıblar. Əlləri qandallanan U.B və A.İ-nin çantalarındakı 1 milyon 200 min dollar və ciblərindəki 150 türk lirəsi onlardan alınıb. Daha sonra onlar döyülüb və İstanbulun Hadımköy qəsəbəsindən maşından atılıblar.
U.B və A.İ polisə müraciət etdikdən sonra araşdırma başlanıb.

622