Qardaş qatilinə 14 il həbs cəzası
Yanvarın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını öldürməkdə təqsirləndirilən Bakı şəhəri sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Binə qəsəbəsi sakini, 1980-ci il təvəllüdlü Bakir Məmmədova hökm oxunub. Hökmə əsasən, B. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakir Məmmədov 2009-cu ilin avqustunda ailə münaqişəsi zəminində qardaşı, 1977-ci il təvəllüdlü Balaəli Məmmədovu bıçaqlayıb. B.Məmmədov aldığı çoxsaylı bıçaq zərbəsindən hadisə yerində dünyasını dəyişib. B.Məmmədov isə qardaşını qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.
Üç ay axtarışda olan B.Məmmədov noyabrda Əzizbəyov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

351