Eldar Əfəndiyev Baş Prokurorluqda şöbə rəisi vəzifəsindən azad olunub
Azərbaycan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev tutduğu vəzifədən azad olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, E.Əfəndiyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad edilib.
E.Sultanovun sözlərinə görə, Eldar Əfəndiyev 1979-cu ildən respublika prokurorluq orqanlarında çalışaraq xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb, ona “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı və “Prokurorluğun fəxri işçisi” döş nişanı verilib. Prokurorluq orqanlarında uzun müddətli qüsursuz fəaliyyətinə görə o, Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib.
Hüquq elmləri namizədi kimi bir çox kitabın, 500-dən artıq elmi və elmi-kütləvi məqalələrin müəllifi olan Eldar Əfəndiyev elmi fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində davam etdirəcək.

2611