İki qardaşın qatilinə 15 il həbs
Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Əfqan Mirzəyevin 15 il azadlıqdan məhrum etmə, Bağır Məmmədovun 4 il şərti, Kamran Mirzəyev, Mehrac Mirzəyev, Abdulla Ağayev, İsmayıl Cabbarov, Ramin Ramazanov və Çingiz Hüseynovun hər birinə 2 il islah işləri cəzası təyin edilib.
İttihama görə, 2009-cu il iyunun 3-də Sabunçu rayon Xaşaxuna bağında daş satışı ilə məşğul olan Əfqan Mirzəyev və Tərlan Cəfərov arasında daşda əskiklik olması ilə bağlı mübahisə yaranıb. Daha sonra davaya çevrilən münaqişə iki qrup arasında bıçaqlaşma ilə nəticələnib. Hadisə zamanı 26 yaşlı Tərlan Cəfərov və qardaşı 24 yaşlı Musa bıçaqla qətlə yetirilib, onların qohumları 24 yaşlı İsmayıl Cabbarova və Yeni Günəşli qəsəbə sakini 26 yaşlı Əfqan Mirzəyevə isə ağır bıçaq xəsarətləri yetirilib.
Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

602