“QAZel” 74 yaşlı piyadanı vurub
Ağır yol qəzası Bakı-Qazax yolunun 414-cü km-də baş verib
Bakı-Qazax yolunun 414-cü km-də, Tovuz rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsindən məlumat verilib. Məlumata görə, yanvarın 5-də saat 20 radələrində Goranboy rayon Qızılhacılı kənd sakini Xəlilov Müzəffər İbrahim oğlu idarə etdiyi “QAZel” markalı, 10 KO 192 dövlət nömrə nişanlı avtomobillə 1936-cü il təvəllüdlü piyada Əhmədov İdris Bayram oğlunu vurub. Nəticədə piyada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova

363