AzTV ilə İTV arasında insident
Lent.az-ın məlumatına görə, buna səbəb İTV-də yayımlanan “Ovqat” verilişinin aparıcısı ilə birlikdə AzTV-yə transfer olunmasıdır.
İTV-nin İctimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədov məsələni APA-ya şərh edərkən bildirib ki, AzTV-nin bu addımı izah olunmur: “Bu, televiziyaların işinin tənzimləyən bütün qanunların pozulmasıdır. Mətbuata pafoslu intervülər vermək özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil”.
T. Məmmədovun bildirdiyinə görə, AzTV “Ovqat” proqramının tam eynisini və anonsunu yayımlamaqla “Reklam haqqında” qanunun müddəalarını, həmçinin “Haqsız rəqabət haqqında” qanunun 3-cü maddəsinin rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, nüfuzdan salınması, fəaliyyətə müdaxilə, haqsız işgüzarlıq davranışı, istehlakçıların çaşdırılması müddəaları pozub: “Bundan başqa, AzTV “Teleradio haqqında” qanunun müddəalarını və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanunun bütün müddəalarını pozub”.
İTV nümayəndəsinin dediyinə görə, Səyyarə Məmmədova 15 aprel 2007-ci ildə Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi ərizədə hazırladığı Ovqat verilişinin müstəsna hüquqlarının İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus olduğunu göstərib: “Həmin ərizəyə əsasən, Müəllif Hüquqları Agentliyi 17 aprel 2007-ci il tarixində proqramın müstəsna müəlliflik hüququnun İctimai Teleradioya məxsus olmasını təsdiqləyən 4379 saylı Şəhadətnaməni şirkətimizə təqdim edib”.
AzTV-nin İctimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Xatirə Qasımova isə APA-ya məsələdən məlumatsız olduğunu deyib. Hazırda AzTV-dəki “Ovqat” verilişinin aparıcı olan Səyyarə Məmmədova isə hər şeyin qanun çərçivəsində edildiyini deməklə kifayətlənib.
Məsələyə münasibət bildirən Milli Teleradio Şurasının üzvü Qafar Cəbiyev deyib ki, söhbət müəllif hüququndan getdiyinə görə, bu, birbaşa Müəllif Hüquqları Agentliyinin araşdıracağı məsələdir: “Bu məsələnin Milli Teleradio Şurasına heç bir aidiyyəti yoxdur. MTRŞ-nin televiziyaların yaradıcılıq fəaliyyətinə, onların proqram setkasına, ümumiyyətlə, müdaxilə etmək səlahiyyəti yoxdur. Yaradıcılıq fəaliyyəti yayımçıların daxili işidir. Burada kiminsə hüququ pozulursa və yaxud da layihəsi başqası tərəfindən mənimsənilirsə, artıq məsələ hüquqi müstəvidə həll olunmalıdır. “Ovqat” İctimai Televiziyanın ən reytinqli, cəmiyyət tərəfindən sevilən proqramlarındandır. Bu verilişin daimi tamaşaçılarından biri də mənəm. Təbii ki, bu sahədə baş verən prosesləri Teleradio Şurası olaraq izləyirik”.
Telejurnalist Qulu Məhərrəmli də “Ovqat” proqramının İctimai Televiziyanın efirində məşhurlaşmış, özünə geniş tamaşaçı auditoriyası qazanmış baxımlı proqramlarından biri olduğunu deyib: “Azərbaycan Televiziyasının bu formatda proqram hazırlamasında bir qəbahət yoxdur. Sadəcə olaraq eyni ad, eyni format, üstəlik eyni aparıcının təqdimatında başqa bir kanalın verilişini hazırlamaq etik normalara uyğun deyil. Mən bir faktı qeyd edim ki, həmin xanım “Xəzər” televiziyasına da müraciət etmişdi ki, eyni adda bu proqramı hazırlasın. Amma “Xəzər” televiziyası buna razılıq vermədi. AzTV düşünməli idi ki, buna yol vermək olar, ya yox. İctimai Televiziyanın “Ovqat” proqramı kimi brendlərindən biri mənimsənilirsə, təbii ki, kəskin reaksiya verilməlidir. Amma mən bu məsələnin ətrafında o qədərdə səs-küy qaldırılmasının da tərəfdarı deyiləm”.
Hüquqşünas Ələsgər Məmmədli də bu verilişin AzTV-də eyni aparıcının təqdimatında, eyni adda və eyni formatda təqdim olunmasına təəccüblənib: “Bir hüquq adamı kimi məsələyə yanaşdığımda bu, müəllif hüquqlarının pozulmasıdır. Çünki insanların digər mülkiyyətləri kimi əqli mülkiyyətləri də qorunur. Bu baxımdan, həm “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda, həm də Azərbaycanın ratifikasiya etdiyi “Bern Konvensiyası”nda müvafiq müddəalar var ki, müəllifin icazəsi olmadan onun yaratdığı bir veriliş və ya əsər başqası tərəfindən eyni adda eyni formatda mənimsənilə bilməz. Ona görə də hesab edirəm ki, Teleradio Şurası da bu məsələyə ciddi reaksiya verməlidir. Çünki yayımçıların qanunvericilik çərçivəsində fəaliyyət göstərməsinə lisenziya verən qurum MTRŞ-dir”.
Ə. Məmmədli deyib ki, əgər “Ovqat” verilişi 2006-cı ildən İctimai Televiziyanın rəsmi şəkildə Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirdiyi mülkiyyətidirsə, o zaman Müəllif Hüquqları Agentliyi dərhal bu proqramın başqası tərəfindən mənimsənilməsinin qarşısını alan addım atmalıdır.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da verilişin başqa kanalda yayımlanmasının İctimai Televiziyanın hüquqlarının pozulması deməkdir: “ Buna uyğun olaraq adekvat tədbir mütləq olmalıdır. Ola bilər ki, telekanallar arasında hüquqi razılaşma, tənzimləmə olsun. Əgər bu yoxdursa və İctimai Televiziya buna susursa, bu da yaxşı hal deyil. Çünki, bu, sonradan başqa telekanallara da pis nümunə ola bilər”.
“Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə belə məsələlərdə müəllif hüquqlarının mütləq qorunmalı olduğunu bildirib: “Müəllif hüquqları əsasən hüquqi şəxslərə mənsubdur. Əgər bir təşkilat hansısa bir fiziki şəxsə müəyyən bir işi sifariş verirsə, burada müəllif hüququ hüquqi şəxsə mənsubdur, nəinki fiziki şəxsə. Təbii ki, burada qarşılıqlı razılaşma da ola bilər. Digər tərəfdən burada etik normalara hər kəs əməl etməlidir. Bir televiziyanın proqramının olduğu kimi başqa bir televiziyada yayımlanmasına hüquq dilində piratçılıq deyilir. İstənilən halda bu hüquqi məsələdir və hüquq müstəvisində də həll olunmalıdır”.
Hüquqşünas Aslan İsmayılov isə İctimai Televiziyanı AzTV-ni məhkəməyə verməyə çağırıb.
Qeyd edək ki, “Ovqat” verilişi 2006-cı ilin yanvarından Səyyarə Məmmədovanın təqdimatında İTV-də yayımlanıb.

1405