Yalançı “MTN”çilərin məhkəməsi başladı
Yanvarın 5-də Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər - Səidə Salayeva və Tahir Məmmədov Bakı şəhər sakini Vaqif Qasımovu Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəklərini vəd edərək, ondan 10 min ABŞ dolları alaraq həmin pulu mənimsəyiblər. Bundan başqa, təqsirləndirilən şəxslər Almaz Hüseynliyə məxsus Bakı şəhəri, Səbail rayonu A.İsmayılov küçəsi 35 B ünvanında iki otaqlı fərdi yaşayış evini sataraq, pulunu götürüblər.
S. Salayeva və T. Məmmədov daha 8 nəfərin adına müxtəlif banklardan kredit götürərək, mənimsəyiblər.
Prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan onlara qarşı irəli sürülən ittihamla özlərini təqsirli bilməyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) , 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov
.

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54