Ana doğuş zamanı öldü və dirildi
30 dekabr 2009 15:45 (UTC +04:00)

Ana doğuş zamanı öldü və dirildi

ABŞ-ın Kolorado şəhərində bir qadın doğuş zamanı infarkt keçirib və ölüb.

Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Tracy Hermanstorferin ürəyi dayanıb, nəfəsi kəsilib.


Ancaq körpə ananın bətnində doğuş kanalına girən zaman möcüzə baş verib və Tracy Hermanstorferin ürəyi yenidən döyünməyə başlayıb. Həkimlər gənc qadının nədən öldüyünü və necə həyata qayıtdığını izah edə bilmirlər.


Doğuşdan sonra jurnalistlərə açıqlama verən ata deyib ki, 1,5 saat ərzində həyatda hər şeyini itirib, sonra yenidən qazanıb: “Biz Allaha inanırıq. Bunu da allahın bir möcüzəsi kimi qəbul edirik. Ateist professor belə bunun belə olduğunu söylədi”.

Professor Martin də nə baş verdiyini bilmədiyini söyləyib: “Mən Allaha inanmıram, amma kim mənə necə yardım etdisə, ona təşəkkür edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar