Ermənilərin “öldürdüyü” azərbaycanlı qohumlarına zəng edib
Dekabrın 28-də əsir götürüldüyü ehtimal olunan Tovuzun Əlibəyli kənd sakininin taleyindən xəbər yoxdur.
Lent.az-ın Vesti.az-a istinadən verdiyi məlumata görə, Əlibəyli kənd icra nümayəndəsinin müavini Məhərrəm Qasımov bildirib ki, 46 yaşlı Eldar Tağıyev Tovuz çayında balıq tutmağa gedib və Əlibəyli kəndi ilə Ermənistanın Berd rayonunun Ayqezor kəndi arasındakı nəzarətsiz əraziyə keçib.
Bu zaman ermənilər atəş açıb və Eldar Tağıyev yaralanıb. Kənd icra nümayəndəsinin müavininin sözlərinə görə, həmin vaxt Eldar Tağıyev imkan taparaq qohumlarına telefon açıb. Azərbaycan əsgərləri də Eldar Tağıyevi nəzarətsiz ərazidə görüblər. Ancaq ermənilər xəbərdarlıq atəşi açıblar və Azərbaycan əsgərləri ona yaxınlaşa bilməyiblər.
Hazırda Eldar Tağıyevin əsir götürüldüyü ərazidə tədqiqat aparılır.
Qeyd edək ki, bu gün Əsir, Girov və İtkin Düşmüşlərlə İş üzrə Dövlət Komissiyası Eldar Tağıyevlə bağlı Qırmızı Xaç Komitəsinə müraciət edib.

740