Milli Ordunun əsgəri şəhid olub
29 dekabr 2009 19:30 (UTC +04:00)

Milli Ordunun əsgəri şəhid olub

Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçən 18 yaşlı Ramin Niftəliyev ermənilərin atəşkəsi pozması nəticəsində ölüb. Erməni snayperinin açdığı atəş onun ürəyinə dəyib.


R.Niftəliyev 2009-cu ilin yanvar ayında Qusar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Mərhumun cənazəsi bu gün Qusar rayonunun Hil kəndinə gətirilib. Rayon Hərbi Komissarlığı və İcra Hakimiyyəti onun şəhid olmasını təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar