Bu il Azərbaycanda cinayətlərin sayı azalıb
2009-cu il ərzində korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunub.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2009-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə bildirilib ki, bu sahədə ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu il ərzində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli faktlar üzrə 176 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Müşavirədə, həmçinin diqqətə çatdırılıb ki, digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2009-cu ilin 11 ayı ərzində əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən sağlamlığa az ağır zərər vurma, hədə-qorxu ilə tələb etmə, quldurluq, avtonəqliyyatın qaçırılması, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb. Törədilmiş 20646 cinayətin təxminən 86,0 faizinin açılması təmin edilib.

Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11
Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59