Bakıda zəncir vuran pakistanlının sinəsi partladı
Dekabrın 26-dan 27-nə keçən gecə Nardarandakı “Rəhimə xanım” məscidində keçirilən Aşura mərasiminə qatılan 20 nəfər pakistanlı sonradan bütün diqqətləri öz üzərlərinə çəkib.
Bu barəd Lent.az-a hadisənin şahidləri məlumat verib. Belə ki, hamı kimi sinə və diz vuran pakistanlılar qəflətən ayağa qalxaraq, hündür səslə “Zeynəb-Zeynəb” deməklə bərkdən sinə vurmağa başlayıb (Xanım Zeynəb (ə.s.) Aşura günü şəhid olan İmam Hüseynin bacısıdır). Pakistanlıların daha sonra qurşağa qədər soyunaraq, möhkəm sinə vurması bütün diqqətləri onların üzərinə çəkib. Beləliklə, sayı təxminən 20 nəfər olan pakistanlı 500-dən artıq insanın yığışdığı məclisi ələ alıb.
Şahidlərin bildirdiyinə görə, pakistanlılar soyunarkən onlardan bəzilərinin sinəsi partlamış vəziyyətdə olub: Onların Nardarandakı məsciddən əvvəl Bakının digər məscidlərdə bərkdən sinə vurduğu güman edilir.
Pakistanlılardan bəziləri mikrofonu götürərək öz dillərində mərsiyə də deyib.
Xatırladaq ki, həmin mərasimə 20 nəfər pakistanlının qatılması xəbərini Lent.az dekabrın 26-dan 27-nə keçən gecə xəbər vermişdi.
1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s.) nəvəsi, İmam Əlinin (ə.s.) oğlu İmam Hüseyn (ə.s.) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.
İmam Hüseynin (ə.s.) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq, Şam şəhərinə sürgün edilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17