Təhsil işçilərinin məhkəməsi başladı
Dekabrın 29-a Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilən təhsil işçilərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlər - Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımov, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasov, və Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyevin cinayət işi üzrə məhkəmə baxışı 2010-cu il yanvarın 8-nə təyin olunub.
İstintaqla müəyyən olunub ki, E. Əliyev Goranboyun 52 orta və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəbinin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edərək külli miqdarda rüşvət alıb.
E.Əliyev buraxılış imtahanları ərəfəsində orta məktəb direktorlarının iştirakı ilə iclas keçirib və imtahanların nazirlik tərəfindən "çox ciddi" aparılacağını, təhsil şöbəsinin razılığı olmadan heç kimin imtahanları uğurla verib attestat almasının mümkün olmayacağını bildirib. Buraxılış imtahanlarının qeyri-kafi göstəricilərlə yekunlaşacağından narahat olan məktəb direktorları məlum iclasdan sonra E. Əliyevə müraciət ediblər. E. Əliyev məktəb direktorlarına yaranmış vəziyyətdən çıxış yolu kimi imtahanı müvəffəqiyyətlə verib attestat almaq istəyən XI sinif şagirdlərinin hər birindən 100 manat yığıb şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev vasitəsilə ona çatdırılmasını göstərib. F. Dosiyev də E. Əliyevin tapşırığı əsasında məktəb direktorlarının şagirdlərdən 50-100 manat məbləğində topladıqları pulları qəbul edərək E. Əliyevə verib.
E. Əliyevin yaşayış və iş yerlərində axtarış zamanı şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılmış, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.1, 311.3.1, 311.3.2 və 311.3.3-cü (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

525